Azərbaycanda fəaliyyət göstərən ən iri özəl investisiya şirkətlərindən biri olan “Synergy Group” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Synergy Group” MMC-nin 26 min 765 manat vergi borcu var.
Qeyd edək ki, bu borclar barədə son məlumat 6 oktyabr 2021-ci il tarixinə qədər olandır.
Xatırladaq ki, “Synergy Group” MMC 2010-cu ildə təsis edilib. Bu şirkətin nizamnamə kapitalı 50 000 000 manat və qanuni təmsilçisi Elnur İsgəndərovdur.