Rauf Axundov "Synergy Group" MMC investisiya qrupunun yeni icraçı direktoru təyin edilib. O, son iki ayda qrupun üçüncü rəhbəridir. Rəhbərliyin dəyişməsi faktını şirkətin baş ofisində də təsdiqləyiblər.
Eyni zamanda, şirkətdə qeyd ediblər ki, qrupda digər kadr dəyişiklikləri yoxdur. "Synergy Group" MMC-in hüquqi nümayəndəsinin dəyişməsi kommersiya hüquqi şəxslərin reyestrində qeyd olunub.