Şirkətin adı: SYNERGY GROUP MMC
Vəzifə: MALİYYƏ MENECERİ
İş yeri: BÖLGƏ
Şirkət haqqında:
2010-cu ildən etibarən fəaliyyət göstərən “Synergy Group” MMC qeyri-neft sektorunda müxtəlif və inkişafyönümlü şirkətlərdən ibarət dinamik portfeli uğurla idarə edir. Qrupa daxil olan şirkətlərdə 2000-dən artıq iş yeri ilə birbaşa təmin edir və ümumilikdə bizim müəssələrimizin bazarda iştirakı ilə əlavə minlərlə iş yerinin yaranmasına təkan veririk.
“Synergy Group” istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, otelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar etməkdədir. Şirkətlərin böyük əksəriyyəti Bakı şəhərindən kənarda yerləşməklə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verir. “Synergy Group” MMC-nin investisiya strategiyası yatırımların yüksək rentabelliyini təmin etməklə uzunmüddətli inkişafın əldə olunmasına əsaslanır.
Əsas vəzifə öhdəlikləri:
• Azərbaycan Respublikasının qanunvericiliyini, rəhbərliyin verdiyi əmr və təsdiq etdiyi daxili təlimatları öz işində rəhbər tutmaq;
• Tabeçiliyində olan əməkdaşlara ümumi rəhbərliyi həyata keçirmək, işlərini əlaqələndirmək, fəaliyyətlərinə nəzarət etmək və səmərəli şəkildə təşkil olunmasına görə birbaşa məsulliyyət daşımaq;
• Şirkətin inkişaf strategiyasına uyğun illik maliyyə büdcəsini tərtib etmək və büdcənin icrasına nəzarət etmək;
• Aylıq idarəetmə hesabatlarını hazırlamaq;
• Pul vəsaitlərin hərəkətini mütəmadi təhlil etmək və pul vəsaitlərin sərfiyyatı ilə bağlı qısamüddətli proqnozlar vermək;
• İstehsal / xidmət, satış, marketinq, təchizat və digər bölmələrdən alınan məlumatların maliyyə təhlilini aparmaq və xərcləri optimallaşdırmaq;
• Kənar və daxili auditorlar tərəfindən vaxtaşırı aparılan audit yoxlamaları işini təşkil etmək və onların əldə etdiyi nəticələri və verdiyi tövsiyələri təhlil etmək
Namizədə olan tələblər:
• Ali iqtisadi təhsil;
• Maliyyə sahəsində minimum 3 illik iş təcrübəsi;
• Microsoft Office (Excel, Word) bacarıqların üstün səviyyədə olması;
• 1C 8.3 proqramı ilə sərbəst işləmək bacarığı;
• İdarəetmə uçotu və maliyyə təhlili üzrə biliklər;
• Güclü ünsiyyət və danışıq qabiliyyəti;
• Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı;
• Komandada işləmək bacarığı
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Maliyyə Meneceri” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.