Avropanın aparıcı 3 ölkəsi - Almaniya, İngiltərə və Fransa tərəfindən İranla ticarət üçün qurulan Ticarəti Dəstəkləmə sisteminə (INSTEX şirkəti) daha 6 Avropa ölkəsi qatılıb. Bunlar Belçika, Danimarka, Finlandiya, Hollandiya, Norveç və İsveçdir.
FED.az xəbər verir ki, bununla bağlı ilk 3 ölkənin verdiyi birgə açıqlamada bildirilir ki, yeni sistem İranla əməkdaşlıq edən Avropa şirkətlərini Amerikanın sanksiyalarından qorumalıdır. Açıqlamada bildirilir ki, «bu addım Avropa ilə İran arasında ticarəti daha asan və təhlükəsiz edəcək, eləcə də tərəflərin birgə hərəkət planına dəstək verəcək».
Eləcə də bax: Qiymət artandan sonra İranda - BENZİN SATIŞI AZALIB
Qeyd edək ki, ötən il ABŞ İranla nüvə sazişindən çıxıb bu ölkəyə ciddi iqtisadi sanksiyalar tətbiq edib. ABŞ-dan fərqli olaraq Avropa ölkələri bu sanksiyaları dəstəkləmirlər. Amma tətbiq edilmiş sanksiyalar Avropa şirkətlərinin İranla ticarətinə də mane olur. Çünki İranla bütün maliyyə əməliyyatları ABŞ-ın nəzarətində olan SWIFT sistemi üzərindən aparılırdı və belə əməliyyat aparan şirkətlər də ABŞ sanksiyalarına məruz qalırdı. Vəziyyətdən çıxış yolu olaraq Avropa ölkələri, həm İranla ticarəti azaltmamaq, həm də şirkətləri ABŞ sanksiyalarından qorumaq üçün yeni INSTEX şirkətini qurublar