Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi balansına verilmiş əmlakların qiymətləndirilməsi ilə bağlı açıq tender elan edib.
Əli Əsədovdan Şuşa ilə bağlı növbəti - QƏRAR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır. İddiaçılar ilkin sənədləri sentyabrın 6-na, tender təklifi və onun dəyərinin 5%-i qədər bank təminatını isə sentyabrın 14-nə qədər Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 24 ünvanına təqdim edə bilərlər.
Qeyd edək ki, bura 221 ədəd abidə və digər tarixi tikili, 32 ədəd çoxmənzilli yaşayış evi aiddir.
Təkliflərə sentyabrın 15-də qeyd olunan ünvanda baxılacaq.