Qarabağın tacı olan Şuşa şəhəri Azərbaycan xalqı üçün müqəddəs və əziz məkanlardan biridir.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən Şuşa düşmənlərdən azad edildikdən sonra şəhərdə infrastruktur işlərinin qurulmasına başlanıldı.
Cənab Prezident İlham Əliyevin tapşırıqları əsasında tarix və mədəniyyət abidələri bərpa edilir, yeni binalar tikilir, su və kanalizasiya xətləri çəkilir.
Bütün bu quruculuq işləri çərçivəsində Şuşa şəhərinin abadlaşdırılması işlərinə də xüsusi önəm verilir və bu işlərdə ən müasir Avropa texnologiyalarından istifadə edilir.
Belə ki, Almaniyanın “Stihl”, “Gardena” və “AlKo” kimi tanınmış brendlərinin Azərbaycanda rəsmi və yeganə idxalçısı olan “Progress Garden” şirkəti Şuşa Mənzil Komunal Tikiniti İdarəsinin işinin təşkil edilməsində yaxından iştirak etməkdən qürur duyur.
Cənab Prezident İlham Əliyevin məşhur “Şuşa, biz səni dirçəldəcəyik!” ifadəsi artıq bir reallığa çevrilməkdədir. Prezidentimizin sayəsində vətənimizin incisi olan Şuşa şəhərinin abadlaşdırılması və günü-gündən yenilənməsini hiss edirik.
Qürur hissi ilə qeyd etmək istəyirik ki, istifadə edilən müasir texnikalar hesabına Şuşa şəhərinin sakinləri və qonaqları mənzil-komunal əməkdaşlarını tam peşəkar fəaliyyət göstərən şəhər abadlaşdırma işçiləri kimi görə biləcəklər.
İnanırıq ki, Şuşa şəhəri qısa zamanda vətənimizin digər şəhərlərinə də nümunə ola biləcək bir şəhərə çevriləcək.
PROQRES XÜSUSİ FİRMASI
Bakı, Nərimanov r-u, Əliyar Əliyev küç. 212
Tel: (+99412) 511-50-49 (+99412) 567-16-43
Mob: (+99470) 326-07-14