İyunun 27-də İsveçrənin Sürix şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İsveçrə-Azərbaycan biznes forumunun keçirilməsi nəzərdə tutulur.
FED.az xəbər verir ki, bu barədə AZPROMO-dan bildirilib.
Məlumata görə, tədbirdə iştirak etmək istəyən sahibkarlar Fondla əlaqə saxlaya bilərlər. Əlaqələndirici şəxs Valeh Mirzəyevdir (tel.: (012) 598 01 47/48, daxili: 108, e-poçt: [email protected]).
Eləcə də bax: İlk dəfə müştəriyə zəng vuranda əl-qolu titrəyib - İNDİ ABŞ-DA BİZNESİ VAR