30 iyun 2024-cü il saat 11.00-da “Suraxanı Bazar” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi 7 nömrəli ünvanda baş tutacaq.
İclasın gündəliyində aşağıdakı məsələlər durur:
1. Cəmiyyətin 2023-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabatı.
2. Cəmiyyətin illik dividend paylarının bölünməsi .
3. Digər məsələlər.
Yığıncağın gündəliyinə aid sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.
Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil olunmuş nümayəndələr notarial təsdiqlənmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.
Telefon - 055-491-78-87.