«Sumqayıt-Çörək» Açıq Səhmdar Cəmiyyəti 2020-ci il dekabrın 31-nə olan mühasibat balansını açıqlayıb.
FED.az xəbər verir ki, ötən il şirkət ümumilikdə 4 milyon 674 min manatlıq milyon manatlıq çörək və çörək məmulatları satıb.
Bu dövrdə şirkətin xərcləri isə 4 milyon 644 min manat olub. Bundan əlavə 2020-ci ildə ASC 29,8 min manat ümumi gəlir əldə edib. Nəticədə 2020-ci il üçün şirkətin əməliyyat mənfəəti 65 208 manat olub. Bundan 13 min manat vergi ödəniləndən sonra «Sumqayıt-Çörək» ASC ili 52 166 manat xalis mənfəətlə başa vurub.
Ötən il şirkətin xərclərinin 2 milyon 940 min manatı xammal və material alınimasına, 985,5 min manatı maaşlara, 166 min manatı işıq və qaz puluna sərf edilib.
Hesabatda ötənilki göstəricilər qeyd edilməyib. İlin sonuna şirkətin aktivləri 1 milyon 669 min manat, kapitalı cəmi kapitalı 921 min manat, öhdəlikləri isə 748 min manat olub.
“SUMQAYIT-ÇÖRƏK” ASC-nin 2020-ci il dekabrın 31-nə mühasibat balansı