Sumqayıt Kimya Sənaye Parkında yeni rezident -“Azmonbat” MMC qeydiyyata alınıb və bununla da Sənaye Parkının rezidentlərinin sayı 21-ə çatıb.
FED.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, “Azmonbat” MMC Sənaye Parkının ərazisində qabaqcıl texnologiyaların tətbiqi ilə qurğuşun turşulu akkumulyator batareyaların utilizasiyasını həyata keçirəcək.
Layihəyə əsasən, yaradılacaq müəssisədə utilizasiya nəticəsində polipropilen, polietilen, qurğuşun lövhə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat məhlulu əldə ediləcək.
“Azmonbat” MMC gələcəkdə parkın ərazisində avtomobil akkumulyatorlarının istehsalı müəssisənin yaradılmasını da nəzərdə tutur.
2018-ci ildə aprel ayında yaradılmış, 2 milyon 500 min manat nizamnamə kapitalına malik olan “Azmonbat” MMC-nin qanuni təmsilçisi Kourosh Pourhabib-dir.