"Sumqayıt-Dalğa” ASC səhmdarlarının  15 aprel 2019-cu il saat 13.30-da toplantısı keçiriləcək.
 FED.az xəbər verir ki, yığıncaq  cəmiyyətin yerləşdiyi inzibati binada “Sumqayıt-Dalğa” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcəkdir. 
Gündəlikdəki məsələ:
• “Sumqayıt-Dalğa” Açıq Səhmdar Cəmiyyətinin 2018-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 17.00-dək, səhmdar cəmiyyətin Sumqayıt şəhəri, S.Vurğun küçəsi 1 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.
Yığıncaqda iştirak etmək vacibdir.
Eləcə də bax: "Aygün" ASC-in səhmdarları - TOPLANIR
 
 
                                                    
                                                    
                    "Sumqayıt-Dalğa” ASC-in səhmdarlarının nəzərinə
                            
                            
                        
                            09:20
                            1 Mart 2019
                        
                        



            
                
                
                
                
                
                
                
                
                
                
                
                







