7 iyun 2024-cü il saat 11.00-da “Sumqayıt – Çörək” ATSC səhmdarlarının cəmiyyətin iclas zalında illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Sumqayıt şəhəri, Lermontov küçəsi 13 ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. “Sumqayıt – çörək” ATSC-nin 2023-cü il üçün maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və təsdiqi.
2. Maliyyə-təftiş komissiyasının hesabatı və nəticələrinin təsdiqi.
3. İdarə heyəti və müşahidə şurası üzvlərinin seçilməsi.
4. İdarə heyyəti sədrinin seçilməsi.
5. Maliyyə-təftiş komissiyası üzvlərinin seçilməsi.
6. Mənfəətin bölüşdürülməsi və əldə olunmuş xalis mənfəətdən istifadənin təyin edilib təsdiqlənməsi.