“Kürdəmir Süd Emalı Zavodu” MMC nizamnamə kapitalının 15 000 000 manatdan 13 milyon 496 min 480 manatadək azaldığını elan edir.
FED.az xəbər verir ki, bu da kapitalın 1 milyon 503 min 520 manat azaldılması deməkdir.
kreditorlar öz tələblərini bir ay ərzində AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 132 ünvanına bildirə bilərlər.
Bildirək ki, “Kürdəmir Süd Emalı Zavodu” MMC 9 apreı 2010-cu ildə yaradılıb və qanuni təmsilçisi Rüstəm Qəriboğlu Rüstəmovdur.
Zavod "Azərsun Holdinq” MMC-nin Kürdəmirdə istifadəyə verdiyi süd emalı zavodudur.










