Məşhur qəhvə restoranları zənciri “Starbucks” Avropada satışlarından razı qalmadığı 260 restoranını Meksikalı şəriki “Alsea” şirkətinə satmaq qərarına gəlib.
FED.az xəbər verir ki, “Starbucks” şirkəti yenidənqurma planları çərçivəsində satışlarda istənilən nəticənin əldə edilmədiyi bəzi Avropa ölkələrində (Fransa, Hollandiya, Belçika və Lüksemburq) fəaliyyət göstərən restoranlarını Meksikalı “Alsea” şirkətinə satır.