Starbucks, korporativ heyətində ixtisarlar aparacağını açıqladı. Şirkətin rəhbəri Brian Niccolun işçilərə göndərdiyi məktubda bildirilir ki, işlərin daha şəffaf və effektiv idarə olunması üçün struktur dəyişiklikləri zəruridir.
ABŞ-da McDonald's və Starbucks-ın daxil ola bilmədiyi yeganə yer
FED.az xəbər verir ki, Niccol qeyd edib ki, Starbucks-da işlərin çox mürəkkəb olması və kiçik komandalar arasında əlaqələrin zəif qurulması şirkətin fəaliyyətini ləngidir. Lakin ixtisarlar mağazalarda çalışan baristalara təsir etməyəcək.
Starbucks hazırda dünya üzrə 361,000 işçi çalışdırır, bunun 16,000-i korporativ heyətdir. Şirkət son illərdə satışlarında azalma ilə üzləşib, xüsusilə ABŞ və Çin bazarlarında rəqabət daha sərt olub.
Niccol, problemləri həll etmək üçün bu addımı atdıqlarını və qərarların mart ayına qədər işçilərə çatdırılacağını vurğulayıb.