"Standard & Poor's" (S&P) kredit reytinqi agentliyi Türkiyənin kredit reytinqində dəyişiklik etməyib.
Cümə günü yayılan məlumata görə, Türkiyənin kredit reytinqi "BB" səviyyəsində təsdiq edilib. Proqnoz "neqativ" dir.
Mütəxəssislər də S&P-dən hər hansı bir dəyişiklik gözləmirdilər.
"Standard & Poor's", bundan əvvəl, inflyasiya təzyiqlərinin azalmağa başlaması vəziyyətində reytinqin proqnozunun "neqativ"dən "sabit"ə dəyişdirilə bilinəcəyini vurğulamışdı.
S&P verdiyi açıqlamada, "neqativ" proqnozun, xarici maliyyə şərtlərinin, ölkənin borclu iqtisadiyyatı üçün mənfi işarələr ilə birlikdə, gec ya da tez Türkiyənin maliyyə və özəl sektorunun böyük miqyaslı xarici borcunu ödəmə qabiliyyətini məhdudlaşdıra biləcəyini əks etdirdiyini qeyd edib.
S&P, Türkiyənin kiredit reytinqinin, pul siyasətinin inflyasiya və məzənnə təzyiqlərini dayandırmaqda yetərli olmaması vəziyyətində aşağı salınacağını bildirib.
S&P, Türkiyənin Ümumi Daxili Məhsulunun artmasının bu il 4%-ə və 2019-2021-ci illər arasında isə təxminən 3.2%-ə səngiyəcəyi proqnozunu verib.
S&P, uğursuz dövlət çevrilişi cəhdinin ardından 2016-cı ilin İyul ayında Türkiyənin kredit reytinqini "investisiya edilə bilər" səviyyədən iki pillə aşağı olan "BB"yə salmış və proqnozunu da "neqativ" olaraq müəyyənləşdirmişdi.
Türkiyənin kredit reytinqləri: