Son 3 ildə 10 min milyonçu və 13 min iş adamı Türkiyəni tərk edib. Xaricə köç edən gənclərin sayı isə 70% artıb.
FED.az xəbər verir ki, son günlər Türkiyə hökuməti «beyin axınını tərsinə döndərmək» təşəbbüsünə başlayıb. Burada məqsəd ölkədən xaricə köçən bilikli insanların geriyə qayıtmasıdır.
Amma CHP-nin hazırladığı hesabata əsasən son 3 ildə ölkədən xaricə köç edənlərin sayı sürətlə artmaqdadır. Belə ki, on 3 ildə 23 min adam da daxil olmaqla 13 min və 10 min milyoçu təşəbbüskar insan və iş adamı Türkiyəni tərk edib. Beləliklə, Çin və Hindistandan sonra Türkiyə, dünyada ən çox milyoner itirən 3-cü ölkə olub. Ümumilikdə Türkiyədən xaricə köç edənlərin sayı son 3 ildə 97% artıb. Belə ki. 2016-cı ildə xaricə təqribən 70 min nəfər köçmüşdüsə, 2018-ci ildə bu rəqəm 137 min nəfərə yaxınlaşıb.
Hesasbatda bildirilir ki, xaricə köçənlərin arasında 20-35 yaşlılar da 70% artıb. CHP hesablayıb ki, bu köç nəticəsində Türkiyə ümumilikdə 220 milyard dollar itirib.
Bildirilir ki, ölkədən xaricə köçdə iqtisadi şərtlər də rol oynayıb. Belə ki, Türkiyədə yaşayıb işləmək üçün ödənilən təqaüdün məbləği 24 min türk lirəsi və ya həmin dövrdəki məzənnə ilə 4400 dollar idisə, indi dolların bahalaşması səbəbindən həmin məbləğ 3200 dollara enib. «İqtisadi rüşvət» də köçənləri saxlamır» deyə CHP-dən bildirirlər.