LG Electronics Inc. (LG) iyul-sentyabr dövrü, yəni üçüncü rüb üçün 13.15 milyard ABŞ dolları həcmində rekord konsolidasiya edilmiş gəlirlərini və 654.4 milyon ABŞ dolları həcmində əməliyyat qazanclarını ictimaiyyətə açıqlayıb.
Eləcə də bax:Ən varlı şirkətlər -TOP10
FED.az xəbər verir ki, satışları 1.8% artıb və əməliyyat gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 4.4% çoxalıb. Artımlarda əsas pay məişət texnikası, ev əyləncəsi cihazları və biznes həllərinin kütləvi satışına düşüb. Rüblük mobil kommunikasiya itkilərində izə azalma müşahidə olunub.
LG Məişət Texnikası və Havalandırma Həlləri şirkəti Şimali Amerika, Avropa, Asiya və Yaxın Şərqdə qeydə alınmış yüksək satış göstəriciləri nəticəsində ötən ilin eyni dövrünə nisbətən ümumi satışlarda 10% artım əldə edib. Bununla da şirkət, 4.46 milyard ABŞ dolları həcmində ən yüksək üçüncü rüb satışına nail olub. Artan satışlar, davam edən xərc azalmaları və aşağı xammal qiymətləri sayəsində isə şirkətin əməliyyat gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 3.8% artaraq 359.2 milyon ABŞ dollarına çatıb.
LG Ev Əyləncəsi Cihazları Şirkətinin rüblük qazancı 3.24 milyard ABŞ dolları olub. Bu göstərici 2018-ci ilin analoji dövründəki satışlardan 3.5% daha çox olmaqla, Latın Amerikası və Orta Şərq bazarlarında qeydə alınan kütləvi satışlar nəticəsində əldə edilib. Əməliyyat gəlirlərinin gərgin bazar rəqabəti və zəif məzənnə aktivliyi nəticəsində ötən illə müqayisədə bir qədər azalaraq 266.3 milyon ABŞ dolları olmasına baxmayaraq, OLED TV kimi premium məhsulların güclü satışı rüb üçün 8.2 faizlik sağlam əməliyyat gəliri marjası yaradıb.
Eləcə də bax:Dünyada "Apple"nin satışları - AZALIB
LG Mobil Kommunikasiyalar Şirkəti yüksək rəqabətli smarfton bazarında 1.27 milyard ABŞ dolları həcmində satış qeydə alıb. Məhsul səmərələliyi və xərclərin təkmilləşdirilməsi nəticəsində əməliyyat itkiləri ötən ilin cari rübü ilə müqayisədə əhəmiyyətli dərəcədə azalaraq 135 milyon ABŞ dolları olub.
İnformasiya-əyləncə sistemlərinin artan satışı fonunda LG Nəqliyyat Vasitəsi Komponentləri Həlləri Şirkəti bu ilin üçüncü rübündə ötən ilin üçüncü rübündən 14% daha çox, yəni 1.12 milyard ABŞ dolları gəlir əldə edib. Yeni layihələrlə əlaqədar daha yüksək kütləvi quraşdırma xərcləri 2019-cu ilin üçüncü rübündə əməliyyat itkilərinin 50.3 milyon ABŞ dolları olmasına səbəb olub.
LG Biznes Həlləri Şirkəti əsas bazarlarda informasiya displeyləri və günəş modullarının daha güclü satışı ilə ötən ilin cari rübündəki satışlarını 21.2% artıraraq bu ilin üçüncü rübündə 585.2 milyon ABŞ dolları həcmində satış edib. Təkmilləşdirilmiş məhsuldarlıq və daha yüksək satışlar nəticəsində əməliyyat gəlirləri 90% artıb və 55.9 milyon ABŞ dolları olub.