Skandinaviya hava yolu şirkəti SAS, Ukraynanın Nestlé-ni müharibə sponsorları siyahısına əlavə etməsi fonunda Nesquiki menyudan çıxarıb.
FED.az xəbər verir ki, bu barədə Norveç telekanalı məlumat yayıb.
Qeyd olunur ki, bundan əvvəl də eyni səbəbdən aviadaşıyıcı Mondelez və PepsiCo məhsullarını menyudan çıxarıb.
Daha əvvəl Nestlé-nin baş direktoru Mark Şnayder, Şirkətin “müharibə sponsorları” siyahısına daxil edilməsini və Rusiyanı tərk etmək çağırışlarını şərh edərək, "məhsullara çıxışın əsas insan hüququ və şirkətin əsas dəyəri" olduğunu bildirmişdir.
Ukrayna Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyinin (NACP) hazırladığı “müharibə sponsorları” siyahısına Rusiyada fəaliyyətini davam etdirən şirkətlər daxildir. (Marja)