“Bizim “Azərbaycan Dəmir Yolları”borcumuz yoxdur. Birincisi Dəmir Yollarına borc necə ola bilər ki, dollarla olsun. İkincisi 837 min dollar borcu olan dəmir yollarından necə yenə istifadə edə bilər?! Bu məlumat absurddur”. Bunu FED.az Siyəzən Broylerin Dövlət Dəmiryollarına 837 min dollar borcunun olması məsələsini şərh edərkən broylerin maliyyə məsləhətçisi Cavid Abbasov deyib.
Eləcə də bax: “Veysəloğlu - Yaycılı Qardaşlar” böyük məbləğdə - CƏRİMƏLƏNİB
"Biz vaqon kirayəliyirik yükü gətiririk bu zaman borcumuz yarana bilər ki, bu məbləğ də 3-5 min manatdan çox olmur. Biz hazırda da Dövlət Dəmir Yollarının xidmətlərindən istifadə edirik"- deyə Siyəzən Broylerin rəsmisi bildirib.
Xatırladaq ki, bir neçə saat əvvəl yerli mediada Azərbaycanın aparıcı qida istehsalçılarından olan “Siyəzən Broyler” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan Dəmir Yolları” QSC-yə olan 837 min ABŞ dolları məbləğdə borcunu ödəyə bilmədiyi və buna görə, büdcə təşkilatının məhkəməyə müraciət edərək öz xeyrinə 837 068,72 dolların tutulmasını xahiş etdiyi bildirilir.
Məlumata görə, iddiacı tələbini onunla əsaslandırıb ki, “Azərbaycan Dəmir Yolları” QSC ilə “Aztransoil” MMC arasında əldə edilmiş razılaşmaya əsasən sifariş əsasında “Azərbaycan Dəmir Yolları” QSC “Siyəzən Broyler” ASC üçün qarğıdalı dəni, jmıx cecəsi, bitki yağı, buğda və digər yüklərin daşınmasını həyata kecirib. Bu xidmətlərə görə 837 068,72 dollar borc yaranıb və “Siyəzən Broyler”ə dəfələrlə müraciət edilməsinə baxmayaraq, borc ödənilməyib.
Birinci instansiya məhkəməsi işə baxaraq iddianı təmin edib. “Siyəzən Broyler” ASC-nin apelyasiya şikayətinə baxan məhkəmə isə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iş üzrə icraata xitam verib.
Belə ki, tərəflər arasında bağlanan barışıq sazişinə əsasən “Siyəzən Broyler” borcunu 31 dekabr 2021-ci ilə kimi hissə-hissə istehsal etdiyi toyuq əti məhsullarının hesabına, “Azərbaycan Dəmir Yolları”nın əvvəlcədən müəyyən etdiyi ünvana çatdırmaqla ona ödəməyi öhdəsinə götürüb. Borclu toyuq əti məhsullarını qanunvericiliklə nəzərdə tutulmuş bayram günlərində, dəmiryolçuların peşə bayramı günlərində və digər əlamətdar günlərdə, o cümlədən işgüzar tədbirlərdə öz vəsaiti hesabına dəyəri qaimədə gostərilməklə çatdırılacağı qeyd olunduğu bildirilir.
"Siyəzən Broyler"dən “Azərbaycan Dəmir Yolları”na borcu barədə - AÇIQLAMA
16:16
11 İyul 2019