Gürcüstanda baş verən siyasi proseslər və qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar "Caspian Energy Forum Tbilisi - 2018"in proqramında Gürcüstan hökumətini təmsil edən iştirakçılarla bağlı müəyyən dəyişikliklər edilib.
FED.az xəbər verir ki, bu barədə Caspian European Club-un Sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
"Bu barədə yaxın vaxtlarda əlavə məlumat verəcəyik", - deyə o bildirib.
“Caspian Energy Forum Tbilisi – 2018”də sıralarında Gürcüstan və Azərbaycanın hökumət üzvlərinin, Xəzər-Qara dəniz və Baltik regionunun dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərinin, investisiya şirkətləri və reytinq agentliklərinin rəhbərlərinin, həmçinin Gürcüstanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin yer aldığı 300-dən 500-dək deleqat iştirak edəcək.
Hələlik nümayəndələrin dəqiq siyahısı məlum olmasa da, ilkin siyahıya görə, forumda Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin iştirakı da planlaşdırılırdı.