"Blokçeyn texnologiyasının tətbiqi sahibkarlara üstünlüyü nə qədər böyük olsada da, gömrük xidmətlərində də xidmətin səviyyəsinin artmasına səbəb olacaq".
FED.az xəbər verir ki, bunu mətbuat konfansında DGK -nin sədri Səfər Mehdiyev deyib. O bildirib ki, bu sistemin tətbiqi nəticəsində digər dövlət qurumlarının komitəyə sorğu göndərmədən məlumatların onlayn istifadə etmək imkanı olacaq:
"Biz bu sistemin tətbiqinə yaxın günlərdə başlayacağıq. İlkin məlumatların hər hansı sahibkara müraciət etmədən toplanmasına nail olacağıq. İstənilən dövlət qurumu bizə müraciət etmədən istənilən məlumatı onlayn istifadə edə bilər. Bu qurumlar arasında get-gəlmənin olmamasına səbəb olacaq.
İlkin əməkdaşlıq sabah imzalanacaq. İmzalanmadan qısa müddət ərzində biz bunun tətbiqinə başlayacağıq. İlk olaraq konteynerlərdə tətbiq olunacaq. Gələcəkdə isə həm hava həm də quru nəqliyyatında istifadəsi nəzərdə tutulur".