"Telemexanika Zavodu" MMC-nin 22 milyon137 min 950.04 manat vergi borcu olduğu məlum olub.
FED.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Bu məbləğ bir gün əvvəlki tarixə aid olan göstəricidir.
Qeyd edək ki, "Telemexanika Zavodu" MMC 23 yanvar 2007-ci ildə yaradılıb. MMC 138 milyon 124 min 624 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Feyruz Əsədov Zəfər oğludur. Hüquqi ünvanı Şirvan şəhəri, naxçıvan ev 1 ünvanıdır.