Nazirlər Kabineti “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.
FED.az xəbər verir ki, dəyişiklik məhdud məsuliyyətli cəmiyyətlərin nizamnamə kapitalındakı iştirak payları mlə əlaqədardır.
Bundan sonra məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı iştirak paylarının dəyişikliyi ilə bağlı notariat hərəkətləri aparılarkən, notarius bu barədə müvafiq məlumatları onlayn rejimdə dərhal “Elektron notariat” informasiya sisteminə daxil etməlidir. Ədliyyə Nazirliyi isə “Elektron notariat” informasiya sisteminə daxil olmuş məlumatı Vergilər Nazirliyinə ötürməlidir.
Eləcə də bax: Bakının restoranlarında - 216 MİLYON MANAT XƏRCLƏNİB