Azərbaycanda fəaliyyət göstərən hüquqi şəxslər 2019-cu ilin yanvar-iyun ayları ərzində mənfəətlərindən 1 milyard 302,6 milyon manat vergi ödəyiblər.
FED.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 2018-ci ilin yanvar-iyununa nisbətən 15,8% artıb. Şirkətlər ötən ilin 6 ayında 1 milyard 124,5 milyon manat mənfəət vergisi ödəmişdilər.
2019-cu ilin yanvar-iyun ayları ərzində 2018-ci ilin yanvar-iyununa nisbətən dövlət büdcəsinə daxil olmuş aksiz vergisi 26,7% artaraq 422,3 milyon manat, əlavə dəyər vergisi 19,4% artaraq 2 milyard 376,7 milyon manat, əmlak vergisi 16,7% artaraq 99,1 milyon manat, xarici iqtisadi fəaliyyətlə bağlı vergilər 11,9% artaraq 562,2 milyon manat, yol vergisi 3,9% artaraq 55,8 milyon manat təşkil edib.
2019-cu ilin yanvar-iyun ayları ərzində 2018-ci ilin yanvar-iyununa nisbətən dövlət büdcəsinə daxil olmuş Fiziki şəxslərin gəlir vergisi 10,4% azalaraq 430,2 milyon manata, torpaq vergisi 12,1% artaraq 21,1 milyon manata sadələşdirilmiş vergi 22,4% azalaraq 174,6 milyon manata, mədən vergisi 4,4% azalaraq 60,6 milyon manata geriləyib.