“Sinay Group” MMC (VÖEN: 1405509591) nizamnamə kapitalını yenidən azaldır.
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 305 min manat azaldılaraq 10 manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, şirkət bundan əvvəl də nizamnamə kapitalını azaltmışdı. Belə ki, nizamnamə kapitalı 441 min 10 manatdan 305 min 10 manat endirilmişdi, - yəni 136 min manat azaldılmışdı.
Məlumat üçün bildirək ki, “Sinay Group” MMC 27 aprel 2021-ci ildə yaradılıb. Qanuni təmsilçisi Mirzəyev Lukman Abdullayeviçdir. Daha əvvəl şirkətin qanuni təmsilçisi Ziya Surxayzadə Akif oğlu idi. Hüquqi ünvanı AZ1078, Bakı Şəhəri Nəsimi Rayonu, Cəlil Məmmədquluzadə, ev 118, m. 15 ünvanında yerləşir.















