“Avtomatikaquraşdırma” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası və Audit Komitəsinin üzvlərinin seçilməsi ilə bağlı səhmdarları toplaşacaq.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin açıqlamasında bildirilir.
Səhmdarları dekabrın 13-də Binəqədi rayonu, 7-ci mikrorayondakı Xarici Dairəvi, Ev 3121-ci məhəllədə toplaşacaqlar.
Yığıncağın gündəliyinə, həmçinin ASC-nin nizamnaməsinin dəyişdirilməsi də daxil edilib.
“Avtomatika Quraşdırma” ASC 2003-cü ildə yaradılıb və 137 666 manat nizamnamə kapitalına sahibdir. Şirkətin İdarə Heyətinə Eldar Seyidov Amil oğlu sədrlik edir.