“Bərdəkəndtikinti” ASC səhmdarlarının ümumi yığıncağı 31 oktyabr 2020-ci il saat 11.00-da Bərdə şəhəri, Nizami küçəsi 117 nömrəli ünvanda cəmiyyətin inzibati binasında keçiriləcək.
FED.az xəbər verir ki, iclasın gündəliyinə cəmiyyətin 2019-cu il üçün maliyyə-təsərrüfat fəaliyyətinin müzakirəsi, cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi, cəmiyyətin əsas vəsaitlərinin istismara yararlılıq vəziyyətinin müzakirəsi, və digər məsələlər daxildir.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlaqə telefonu- (050) 316-63-82.