Artıq 6 aya yaxındır Türkiyədə həbsxanada olan azərbaycalı iş adamı Mübariz Mənsimov "Palmali" Şirkətlər qrupunun vəziyyətinin pisləşdiyini bildirib.
Eləcə də bax: İskəndər Xəlilovun oğlu «Palmali»nin - GƏMİSİNİ ALIB
FED.az xəbər verir ki, bu barədə İnstagram səhifəsində Mübariz Mənsimov özü məlumat verib.
"Sentyabtın 15-də məhkəmə gözlənilir. Hər gün aldığım məlumatlardan görürəm ki, şirkətimin vəziyyəti günü-gündən pisləşir. Dənizdə olan kapitan və gəmi heyətləri, ailələri olduqca çətin günlər yaşayır. Dəstək verdiyim insanlara aylık yardımlar dayandırılıb, tələbələrə verdiyim burslar durdurulub. Maddi və mənəvi çətinliklər günü gündən artır. Buna görə Sizlərdən üzr istəyirəm. Yanınızda ola, dəstək verə bilmirəm“, - iş adamı yazıb.
Mübariz Mənsimov layiq olmadığı bir yerdə saxlanıldığını, yalançı ifadələr ilə ona ağır iftiradlar atıldığını qeyd edib:
"Mən bir daha bəyan edirəm ki, mən, Mübariz Qurbanoğlu Mənsimov, heç bir zaman nə Türkiyə, nə də Azərbaycan dövlətinə xəyanət etmişəm. Vətənim Azərbaycan və Türkiyəm üçün çanımdan keçməyə hazır olan biriyəm, bununla hər zaman qürur duydum və hər zaman sinəmə döyərək dedim. Mən həmişə hər iki dövlətin yanında olmuşam. Əlimdən gəldiyi qədər də, bir iş adamı olaraq, etmişəm. Allah nəsib etsin, bundan sonra da edərəm“. (Marja)