Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların əldə olunması və MAS-a daxil edilməsi ən geci 5 iş günü müddətində işəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı barədə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarından istifadə etməklə MAS-da formalaşdırılmış “Vakansiya Bankı”na daxil etməlidirlər.
FED.az xəbər verir ki, bu barədə “Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi Qaydası və Forması”nın təsdiq edilməsi haqqında qərarda bildirilir.
Qeyd edək ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alıb
Qanunun 7.2-ci maddəsinə əsasən MAS işəgötürənlərin əmək müqaviləsi bildirişi və vakansiya bankının məlumatları əsasında hər bir işəgötürən üzrə ştat vahidlərinə dair cədvəl yaradır.
İşəgötürənlər boş olan iş yerlərini ləğv etdikdə, ştat vahidlərinə dair cədvəldə nəzərə alınması məqsədilə Nazirliyə bu barədə 5 (beş) iş günü müddətində rəsmi məlumat verməlidirlər.
Bu Qaydanın 2.3-cü bəndində göstərilən müddətdə məlumatlar Nazirliyə təqdim edilmədiyi halda, həmin iş yeri MAS tərəfindən vakansiya bankına daxil edilir. İşəgötürənlər yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatları MAS-a bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun daxil etməlidirlər.