Elektrikli avtomobil istehsalçısı “Arrival” Rusiyadakı ofisini bağlayır və işçilərini Gürcüstana köçürür.
Eləcə də bax: Rusiyada işləməyə davam edən nəhəng xarici şirkətlər - SİYAHI
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi məlumat yayıb.
“Arrivial”ın Rusiyada proqram təminatı ilə məşğul olan komandası olub. Qeyd edək ki, oradakı işçilərin sayı açıqlanmır. 2022-ci ildə şirkət iki mindən çox insanı işlə təmin edib. İnkişaf mərkəzləri Rusiya, Almaniya, Hollandiya, İsrail, ABŞ və Lüksemburqda yerləşir.
Şirkət Rusiyada fəaliyyətini tamamilə dayandırıb və gələcəkdə ölkəyə qayıtmaq fikrində olmadığını söyləyir. “Arrival” 2015-ci ildə Londonda “Yota”nın keçmiş rəhbəri Denis Sverdlov tərəfindən təsis edilib. 2021-ci ilin mart ayının əvvəlində şirkət 2022-ci ildə istehsalı planlaşdırılan ilk elektrik furqonunu nümayiş etdirib. Elə həmin ay o, birjaya çıxıb.