20 avqust 2023-cü il saat 11.00-da “Qazanbulaq Mədəni Məişət” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı Goranboy rayonu, Qazanbulaq Şəhər Tipli Qəsəbədə, cəmiyyətin hüquqi ünvanında (Goranboy rayonu, Qazanbulaq ŞTQ) keçiriləcəkdir.
FED.az xəbər verir kİ, yığıncağın gündəliyə daxildir:
1. 2022-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına aid hesabatın müzakirəsi və təsdiqi.
2. “Qazanbulaq Mədəni Məişət” ASC-nin ləğv edilməsi.
3. “Qazanbulaq Mədəni Məişət” ASC-nin idarə heyəti sədrinin və üzvlərinin vəzifədən azad olunması və ləğvetmə komissiyasının (təsviyyəçinin) təyin edilməsi.
4. “Qazanbulaq Mədəni Məişət” ASC-nin ləğv edilməsi ilə əlaqədar qanuna müvafiq tədbirlərin həyata keçirilməsi haqqında qərarın qəbul olunması.
Telefon-051-513-52-90.
Yığıncağın gündəliyinə aid sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür. Yığıncaqda bütün səhmdarlar şəxsiyyəti təsdiq edən sənədlə (vəkil olunmuş nümayəndələr notarial təsdiqlənmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirak edə bilərlər.