FED.az xəbər verir ki, «HR Option» şirkəti İnsan Resursları layihələri üzrə direktor axtarırır.
Şirkət: HR Option
Vakansiya: İnsan Resursları layihələri üzrə direktor
* İş yeri: Bakı
* İş rejimi: 6 gün
* İş vaxtı: 09:00-18:00
* Əmək haqqı : 3000 - 4000 AZN
Şirkət haqqında:
HR Option platforması – ölkədə Biznes və İnsan Resursları fəaliyyətlərinin effektivləşdirilməsi, sistemləşdirilməsi və avtomatlaşdırılması istiqamətləri üzrə xidmətlər göstərməkdədir.
Fərqli sektorlar üzrə bilik və təcrübələrə sahib peşəkar komandası ilə HR Option şirkəti biznes proseslərinin, həmçinin İnsan Resursları fəaliyyətlərinin tənzimlənməsi, düzgün və effektiv iş axışlarının qurulması, proseslərin avtomatlaşdırılması və müasir insan resursları metodlarının tətbiqi, hesabatlılıq proseslərinin təkmilləşdirilməsi fəaliyyətləri üzrə dəyər yaratmaqdadır.
İş haqqında:
Müştərilər üçün İnsan Resurslarının idarə edilməsinin aşağıda qeyd edilən müxtəlif funksiyaları üzrə icra edilən layihələrin icrasının təmin edilməsi və proseslərə nəzarət edilməsi:
● İş və iş yükü, həmçinin müxtəlif trend analizlərinin aparılması
● Struktur və ierarxiya münasibətlərinin formalaşdırılması
● İş axışları, proseslərin formalaşdırılması və təkmilləşdirilməsi
● İşçilərlə münasibətlərin tənzimlənməsi üçün müxtəlif prosedurların hazırlanamsı və tətbiqi
● Müxtəlif öyrənmə və inkişaf fəaliyyətlərinin icrası
● Əməyin dərəcələndirilməsi
● İşçilərin səriştə və hədəf əsaslı qiymətləndirməsinin aparılması
● Performans əsaslı əmək haqqı sisteminin qurulması
● Əmək Qanunvericiliyi və Daxili Prosedurlar əsasında İR auditlərinin aparılması
● İnsan Resursları proseslərinin avtomatlaşdırılması
● İR idarəetməsi ilə bağlı digər müvafiq fəaliyyətlərin icrası
Tələblər:
● Ali təhsil
● İR idarəetməsi sahəsində rəhbər vəzifədə ən azı 4 il iş təcrübəsi (müxtəlif bizneslərdə İR layihələri üzrə təcrübə üstünlükdür);
● Azərbaycan dili – əla, ingilis və rus dilləri (üstünlükdür)
● MS Office proqramlarında (Word, Excel, PowerPoint) işləmək bacarığı – yüksək səviyyədə
● Səlis və işgüzar danışıq bacarığı
● Komandada işləmə qabiliyyəti
● Məsuliyyətlilik, dürüstlük, çeviklik, problem həlletmə, planlaşdırma, nəzarətedicilik, müştəriyönümlülük
Uyğun və maraqlanan şəxslərdən 15.12.2019 tarixinədək “İR layihələri üzrə direktor” başlığı ilə CV-lərini [email protected] emailinə göndərmələri xahiş olunur.