"Abşeron Tikinti-Təchizat" MMC adını və təşkilati-hüquqi forması dəyişərək "Crystal Holding" ASC-yə çevrildiyini elan edib.
Eləcə də bax: "PASHA Holding" törəmə şirkətinə - 8 MİLYON MANAT "MAYA QOYDU"
FED.az xəbər verir ki, bu barədə Şirkətin elanında deyilir.
2018-ci ilin dekabr ayında dövlət qeydiyyatına alınmış "Abşeron Tikinti-Təchizat" MMC-nin nizamanmə kapitalı 100 min manat, qanuni təmsilçisi Baxış Əliyevdir. Şirkətin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, ev 6-dır.
Qeyd edək ki, "Kristal Abşeron" şirkətinin inşa etdiyi yaşayış kompleksi də 30-cu məhəllədə yerləşir.
Marja