2023-cü ilin yanvar-oktyabr aylarında Şirinov Elvin Valeh oğlu 98,4 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən, Şirinov Elvin Valeh oğlu qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində 1-cu yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 64,7 milyon dollar 2,9 dəfə artıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 10 ayı ərzində Şirinov Elvin Valeh oğlu 33,7 milyon dollar dəyərində məhsul ixrac edib.