Məşhur fast fud şəbəkəsi KFC yeni resplə məhsul buraxacağını açıqlayıb. FED.az CNN-ə istinadən xəbər verir ki, yeni resuptin özəlliyi şirin ponçiklərlə KFC-nin dünyaca məşhur duzlu toyuq ətinin birləşməsidir. Əslində son illər ABŞ-da toyuq buterbrodlarının bumu baş verir. Amma KFC daha da irəli gedib.
Sentyabrın 16-dan başlayaraq şirkət şirin ponçiklər və duzlu toyuq ətindən ibarət buterbrodlar buraxmağa başlayıb. Ekspertlər bunu ya dahi, ya da ağılsız gediş adlandırırlar.
Yeni menyu müştərilərə bir neçə variantda təklif olunacaq. ABŞ-da qiymətlər 5,5-6,5 dollar ərafındadır. KFC-də bildirirlər ki, hələlik bu eksperiment olacaq və müəyyən müddət davam edəcək.