Azərbaycanda tütündən hazırlanan siqaretlərə tətbiq edilən vergi artırılıb.
FED.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Eləcə də bax: Dövlət büdcəsi niyə artırılır - SƏBƏBLƏR
Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən dəyişikliyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 12 manat vergi tutulacaq.
Hazırda isə bu məbləğ 4 manat təşkil edir.
Dəyişiklik deputatlar tərəfindən təsdiq edilib.