Azərbaycanda xaricdən gətirilən siqaret və tütün məmulatları üçün aksiz vergilərinin yenidən artırılması gözlənilir.
FED.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev 2019-cu ilin dövlət büdcəsinin detallarına əsasən məlumat verib. İqtisadçı bildirir ki, 2019-cu ilin büdcəsinə əsasən, idxal olunan tütün məmulatlarından yığılacaq aksiz vergilərinin məbləği 248.6 mln. manat proqnoz edilir. Bu isə 2018-ci ilə nisbətən 2.5 dəfəyə yaxın çoxdur. Xatırladaq ki, bu il idxal olunan tütün məmulatlarından büdcəyə 104 mln. Manat aksiz vergisi tutulacaq.
Yerli istehsala aksizlər üzrə də daxilolamalarda əhəmiyyətli dərəcədə artım var: builki 10,1 mln. Manatla müqayisədə, yığımlar 6 dəfəyə yaxın artaraq 58.5 mln. Manat olmalıdır.