“Sinteks” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalından 16,5 milyon manatdan çox azalma baş verib.
FED.az xəbər verir ki, təsisçilərinin qərarına əsasən, şirkətin nizamnamə kapitalı 63 milyon 399 min 955 manat məbləğindən 16 milyon 531 min 62 manat azaldılıb.
Dəyişiklikdən sonra “Sinteks” MMC-nin yeni nizamnamə kapitalı 46 milyon 868 min 893 manat məbləğində müəyyən edilib.