Azərbaycanda da istifadə edilən CoronaVac vaksininin istehsalçısı Çinin Sinovac şirkətinin direktoru Yin Weidong aralarında Türkiyənin də olduğu 5 ölkəyə istehsal lisenziyası (icazə) verdiklərini bildirib.
Araşdırmalar CoronaVac-ın daha yaxşı nəticələr verdiyini göstərir. Bu vaksin ölümün 100% qarşısını alır, xəstəxanaya yatmağa qarşı da 96% qoruma təmin edir. CoronaVac vurulan insanın koronavirusa yoluxmamasa nisbəti 94%-dir.
Marja xəbər verir ki, Yin Weidong, Türkiyə, İndoneziya, Braziliya, Malayziya və Misirə peyvəndi ölkələrində istehsal etmələri üçün lisenziya verdiklərini açıqlayıb.
Yin Weidong, Braziliya, İndoneziya və Türkiyəyə əhalinin 20%-ini peyvənd etməyə çatacaq qədər peyvənd təmin etdiklərini, ancaq bunun qeyri-kafi olduğunu ifadə edib. Bu səbəbdən peyvəndlərin istehsalı üçün lisenziya verdiklərini qeyd edib.