Silk Way (“Silk Way Holding”) qrupunun əsas şirkəti, həmçinin onun üç strukturu qrupun təsisçilərindən 263 mln. manatdan (155,1 mln. dollar) çox vəsait cəlb edərək səhmdar kapitalını artırıblar.
FED.az xəbər verir ki, kommersiya hüquqi şəxslərin reyestrinə əsasən, “Silk Way Holding” MMC-nin nizamnamə kapitalı 46,1 mln. manata, “Silk Way aviaşirkəti”nin – 97 mln., “Silk Way West aviaşirkəti”nin – 92,3 mln. və “Silk Way Development”in – 77,3 mln. manata çatdırılıb.
Turan