14 Fevral Sevgililər Günündə Türkiyədə kart ödənişlərinin həcmi bir əvvəlki ilin eyni gününə görə 28% artıb.
FED.az xəbər verir ki, Banklararası Kart Mərkəzinin (BKM) məlumatlarına görə, 14 Fevral Sevgililər Günündə kart ödənişlərinin miqdarı bir əvvəlki ilin eyni günü ilə müqayisədə 28 faiz artaraq 3,3 milyard lirəyə çatdı.
Həmin gün kartla ödənişin pik həddi saat 18.00-19.00 arasında olub.
Sevgililər Gününün daxil olduğu 8-14 Fevral həftəsində, əvvəlki həftəyə görə kartlarla edilən ödənişlərdə ən yüksək artım 65% - zərgərlik sektorunda qeydə alınıb. Elektron mallar və kosmetika satışları 7% artıb.
7-14 Fevral həftəsindəki elektron məhsullar sənayesində 1 milyard 217 milyon lirə, səhiyyə-kosmetika sektorunda 934 milyon lirə və zərgərlik sektorunda 742 milyon lirə ödənilib.
Kart ödənişlərinin orta məbləği zərgərlik sənayesində 1388 lirə (231 dollar), elektron mallar sənayesində 423 lirə (70 dollar), səhiyyə məhsulları / kosmetika sənayesində 149 lirə (25 dollar) təşkil edib.
Sevgililər Günündə kartla - 3,3 MILYARD LİRƏ XƏRCLƏNİB
17:51
20 Fev 2020