Səudiyyə Ərəbistanın Türkiyədən gələn malların girişinə mane olduğunu söyləyən türk şirkətləri regional güclər arasındakı siyasi gərginliyin ticarətə getdikcə daha çox yayıldığını iddia edir.
Eləcə də bax: Türkiyədən Azərbaycana hazır geyim - İxracı Artıb
FED.az xəbər verir ki, məsələ ilə tanış olan Türkiyə rəsmisi bildirib ki, ölkənin bu məsələ üzrə Dünya Ticarət Təşkilatına (WTO) müraciəti istisna edilmir.
Türkiyənin "Gulsan Transport" logistik şirkətinin rəhbəri Kemal Gül bildirib ki, COVID-19 pandemiyası Səudiyyə Ərəbistanı üçün Türkiyədən gələn malların girişini məhdudlaşdırmaq üçün bir bəhanə idi. Onun sözlərinə görə, İran və ya İraqla bu cür problemlər yaşanmır və hazırda Səudiyyə Ərəbistanının dəniz nəqliyyatına da mane olacağı gözlənilir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı bu ilin yanvar-avqust aylarında Türkiyədən ümumi dəyəri 1,91 mlrd. ABŞ dolları təşkil edən xalça, tekstil, kimyəvi maddələr, taxıl, mebel, polad və s. məhsullar idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17% azdır. (Apa)