Biznes

Sərvətinə görə Bill Qeytsi - ARXADA QOYDU

Sərvətinə görə Bill Qeytsi - ARXADA QOYDU | FED.az
08:16 6 Noy 2019

“Microsoft İnc.” sahibi və təsisçisi Bill Qeyts dünya zənginlərinin siyahısında ikinci yerdən üçüncü yerə geriləyib.

FED.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Eləcə də bax: Viski kralı sərvətinin həcminə görə - BİLL QEYTSİ ARXADA QOYDU 

Qeyd olunub ki, onun yerini Fransanın ən zəngin adamı, “Louis Vuitton Moet Hennessy” moda evinin sahibi, varidatı 107 milyard dollaradək artan Bernar Arno tutub.

Nəticədə Bill Qeyts 106, 8 milyard dollar varidatla üçüncü yerdə qərarlaşıb.

“Amazon.com” satış portalının sahibi Ceff Bezos isə 112,4 milyard dollarlıq varidatla dünya zənginlərinin siyahısına başçılıq edir.

Report

Digər xəbərlər