Fransız sahibkar Fransuaza Bettancur Meyers dünyanın 100 milyard dollardan çox sərvəti olan ilk qadını olub.
Azərbaycanda qadın sahibkarların sayı - AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
O, “Lancome”, “Yves Saint Laurent”, “Biotherm”, “Garnier” və s. onlarla məşhur brendin daxil olduğu “L'Oréal” imperiyasının varisidir.
Məlumata görə, dekabrın 28-də onun sərvəti 100,2 milyard dollara yüksəlib. Bu əlamətdar hadisə babasının qurduğu “L'Oréal” şirkətinin səhmlərinin rekord həddə bahalaşması sayəsində mümkün olub.
Buna baxmayaraq, o, dünyanın ən zəngin insanları arasında 12-ci yerdədir. (Report)