19 iyun 2021-ci il tarixdə saat 11:00-da “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
"Xalq Həyat Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək
FED.az xəbər verir ki, Yığıncağın gündəliyində aşağıdakı məsələlər durur:
1) ASC-nin nizamnaməsinə əlavə və dəyişikliklər edilməklə yeni redaksiyada təsdiq edilməsi və aidiyyəti dövlət orqanında qeydə alınması ilə bağlı səlahiyyətli şəxsin seçilməsi;
2) ASC-nin 2019-cu və 2020-ci illər üzrə maliyyə hesabatlarının təsdiq edilməsi;
3) ASC-nin Müşahidə Şurasının üzvlərinin və sədrinin növbəti müddətə seçilməsi;
4) ASC-nin Baş direktorunun növbəti müddətə seçilməsi;
5) Digər cari məsələlər.
Ümumi yığıncağın gündəliyindəki məsələlərə dair materiallarla tanış olmaq üçün iş günlərində ASC-nin hüquqşünasına müraciət etmək olar.
Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 17, ASC-nin inzibati binası.
Əlaqə telefonu: 012-374-75-62; 012-374-73-84; 012-374-83-43.
Qeyd: Yığıncaq ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar olaraq “Zoom” proqramı vasitəsilə onlayn (videokonfrans) şəkildə həyata keçiriləcəkdir. Səhmdarlardan xahiş edirik ki, elanda göstərilmiş telefon nömrələri ilə əlaqə saxlayıb yığıncaqda iştirak etmək üçün aktiv əlaqə nömrələrini təqdim edib qeydiyyatdan keçsinlər.