Xəbər verdiyimiz kimi, bir müddətdir ki, Şərq bazarı yenidən qurulur. Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov görülən işlərlə bağlı bildirb ki, tikili ölkənin gözəl memarlıq abidələrindən biridir və milli üslubunun qorunması şərti ilə rekonstruksiya olunacaq:
Eləcə də bax: Məşhur milyarderdən biznesmenlərə 17 müdrik - MƏSLƏHƏT“Hazırda rekonstruksiya işlərinin layihələndirilməsi aparılır. Bazarın yerləşdiyi tikili tarixi əhəmiyyətə malikdir və sökülməsindən söhbət belə gedə bilməz. Sadəcə olaraq bazarın içərisində obyekt sahiblərinin düzəltdiyi arakəsmələr var idi ki, onlar sökülür. Abidə milli memarlıq üslubunun qorunması şərtilə rekonstruksiya ediləcək. Ora tarixi memarlıq əsəri kimi başqa təyinatla istifadə olunacaq”.
Sosial şəbəkələrdə bazarın eskiz layihəsini əks etdirən fotolar yayımlanıb
marja.az