Serbiya hökuməti "11-ci Dəhliz" magistralının Liq-Prelina hissənin tikintisi üçün Azərbaycandan cəlb etdiyi 300 mln. avroluq kredit üzrə qalan 172,7 mln. avro borcunu vaxtından əvvəl ödəyərək krediti bağlayıb.
Eləcə də bax: “Azərbaycana 207 milyon dollar ödəyəcəyik” - Serbiya Prezidenti
FED.az xəbər verir ki, bunu Serbiyanın maliyyə naziri Sinişa Mali deyib.
Serbiya hökuməti krediti tam ödəmək üçün özünün "Komercijalna Banka"da olan 83,23% payını Sloveniyanın "Nova Ljubljanska Bank"ına 394,7 mln. avroya satıb.
Qeyd edək ki, Serbiya və Monteneqro arasında "11-ci Dəhliz" magistralının Liq-Prelina hissənin tikintisi ücün 2012-ci ildə Azərbaycan Serbiyaya qarşılıqlı sərfəli şərtlərlə və dövlət zəmanəti ilə verilən ilk 3 ili güzəşt dövrü olmaqla 15 il müddətinə 300 mln. avro məbləğində kredit ayırmışdı. Layihənin baş podratçısı qismində Azərbaycanın "Azvirt" şirkəti çıxış edib. (Apa)