20 aprel 2021-ci tarixində “Gəncə Şərab -2” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Eləcə də bax: Azərbaycanda yeni yaranmış - 2 Şirkət Birləşdi
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin 2020-ci ildə fəaliyyyəti haqqında illik hesabatı.
2. Cəmiyyətin mühasibat balansının təsdiqi.
3. Mənfəətin bölüşdürülməsi, dividendlərin ödənilməsi qaydasının müəyyən edilməsi və müddəti.
Səhmdarların növbəti illik ümumi yığıncağının gündəliyi üzrə materiallarla müəssisənin mühasibatlığında tanış olmaq mümkündür. Səhmdarların növbəti illik ümumi yığıncağı Gəncə şəhəri, Zaur İsmayılov küçəsi 86 (köhnə ünvan-kənar küçəsi 3) nömrəli ünvanda, “Gəncə Şərab - 2” ASC-nin inzibati binasında keçiriləcəkdir. (Marja)