“Gəncə Şərab-2” ASC səhmdarlarının 2019-cu il martın 28-i saat 15.00-da səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaqda səhmdar cəmiyyətinin 2018-ci il fəaliyyəti haqqında illik hesabatı, mənfəətin bölüşdürülməsi və dividendin ödəmə müddəti və digər məsələlər müzakirə olunacaq.
Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla müəssisənin mühasibatlığında tanış olmaq mümkündür. Yığıncaq Gəncə şəhəri, Kənar küçəsi 3 nömrəli ünvanda “Gəncə Şərab-2” ASC-nin inzibati binasında keçiriləcəkdir. Əlaqə telefonu- 255-07-01.
Eləcə də bax: Azərbaycanın ən məşhur şirkətləri – AÇIQLANDI - SİYAHI
Şərab zavodunun sahibləri mənfəəti bölüşdürəcəklər
09:34
14 Fev 2019